Fransada dünyada ilk dəfə “Şamonda” virusuna yoluxma halı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fransanın səhiyyə orqanları məlumat yayıb.
Bildirilib ki, ağır immunçatışmazlığı olan xəstə ciddi xəstəliklə əlaqədar Lion şəhərindəki “Hospices Civils de Lyon” xəstəxanasında müalicə alarkən Şamonda virusuna yoluxub. Xəstə oktyabrın əvvəlində vəfat edib.
Əvvəllər bu virusun insanlara keçmədiyi hesab olunurdu. Buna görə də həmin yoluxma halı virusun insanda aşkarlandığı ilk sənədləşdirilmiş və qeydə alınmış hadisə kimi qiymətləndirilir.
Qeyd edək ki, Şamonda virusu Orthobunyavirus cinsinə aid virusdur. O, heyvanlara Culicoides cinsindən olan xırda dişləyici həşəratların sancması vasitəsilə ötürülür.
Virus ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb. 2026-cı ilin yayında isə ilk dəfə Avropada, o cümlədən Fransada müəyyən edilib.
Bizim.Media


































































































