
- A-
- A
- A+
Ehtiram Əliyev xəstəxanaya yerləşdirilib - Vəziyyəti ağırdır
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo.az”a “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib.
O bildirib ki, hazırda E.Əliyevin müalicəsi “Yeni Klinika”da aparılır:
“Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib, sonradan durumu daha da ağırlaşdığından Reanimasiya şöbəsinə köçürülüb. Artıq dörd gündür buradadır. Mədəsində problem var. Düzgün müalicə olunmayıb, nəticədə qanaxma baş verib. Dünən həkimlərin dediyinə görə, ağciyərlərində də problem yaranıb, 50 faizi fəaliyyətini itirib. Düşünürük ki, vaxtında düzgün diaqnoz qoyulmayıb və lazımi müalicə aparılmayıb. Nəticədə, vəziyyəti daha da pisləşib. Həkimlər deyir ki, hələ ki vəziyyətində heç bir dəyişiklik yoxdur, ağır olaraq qalır”.
Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































