
- A-
- A
- A+
ABŞ erməni sərhədçilərə avadanlıq bağışladı - Foto
ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollar dəyərində nəqliyyat vasitələri və xüsusi avadanlıqlar təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, təhvilvermə ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində həyata keçirilib:
“Avadanlıq və texnika Ermənistan Sərhəd Xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və insanların və malların təhlükəsiz hərəkətinin yaxşılaşdırılmasına töhfə verməlidir. Bu dəstək ABŞ-ın Ermənistanın sərhəd idarəçiliyi imkanlarını gücləndirməyə və regionda qarşılıqlı əlaqələrin inkişafına (o cümlədən “Tramp yolu”) töhfə verməyə sadiqliyini əks etdirir”.



Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































