Ukrayna təyyarəsi Yaponiya hava limanında yandı – FOTO/VİDEO

Ukrayna təyyarəsi Yaponiya hava limanında yandı – FOTO/VİDEO

Hazırda oxunan: Ukrayna təyyarəsi Yaponiya hava limanında yandı – FOTO/VİDEO
643773
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynaya məxsus An-124 yük təyyarəsi Yaponiyanın Çubu Sentrair Beynəlxalq Hava Limanında eniş zamanı alovlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın NHK teleradio şirkəti məlumat yayıb.

Hadisə oktyabrın 22-də baş verib. “Ruslan” adlı təyyarədə eniş zamanı yanğın baş verib.
 

Hava hərəkəti dispetçerləri yanğın əlamətlərini vaxtında hiss ediblər və bundan sonra təcili yardım xidmətləri yanğını tez bir zamanda söndürüblər. Təyyarə öz gücü ilə perrona qədər hərəkət edə bilib.


Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Təcili vəziyyətə görə, hava limanının uçuş-enmə zolağı yoxlama üçün müvəqqəti olaraq 15 dəqiqəlik bağlanıb. Yoxlamadan sonra hava limanı normal fəaliyyətə qayıdıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO