
- A-
- A
- A+
Yenidənqurma çərçivəsində “Həzi Aslanov”da hansı işlər görülüb? – RƏSMİ AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalan yollarında yenidənqurma işləri başa çatıb. Yekun sınaqlar uğurla başa çatdıqdan sonra yaxın günlərdə dalan yolunun istismara verilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev bildirib.
Onun sözlərinə görə, layihənin ən mürəkkəb mərhələsi tavan örtüyü saxlanılmaqla yan və orta divarların, yəni daşıyıcı konstruksiyaların tam sökülərək yenidən inşa edilməsi olub.
O bildirib ki, yenidənqurma çərçivəsində tuneldaxili infrastruktur da tamamilə yenilənib. Yolun üst quruluşu yenidən qurulub, əvvəl istifadə edilən ağac şpallar müasir dəmir-beton şpallarla əvəzlənib.
“Bununla yanaşı, tunel daxilində bütün mühəndis-kommunikasiya xətləri və texniki sistemlər tamamilə yenilənib. Yekun sınaqlar uğurla başa çatdıqdan sonra yaxın günlərdə dalan yolunun istismarı nəzərdə tutulur”, – deyə M.Rzayev əlavə edib.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































