Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycanla bağlı yayılanlar dezinformasiyadır - FOTO

Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycanla bağlı yayılanlar dezinformasiyadır - FOTO

Hazırda oxunan: Media və Yayım Şurası: Türkiyə mediasında Azərbaycanla bağlı yayılanlar dezinformasiyadır - FOTO

643728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir.

Bizim.Media xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.
 

Qeyd olunub ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür.


"Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa, ictimaiyyəti isə belə paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırır", - deyə vurğulanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO