Metronun yeni stansiyası bu tarixdə AÇILACAQ – RƏSMİ

Metronun yeni stansiyası bu tarixdə AÇILACAQ – RƏSMİ

Hazırda oxunan: Metronun yeni stansiyası bu tarixdə AÇILACAQ – RƏSMİ
643806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı Metropoliteni” QSC-nin “20 Sentyabr” stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “20 Sentyabr” stansiyasında tətbiq olunan xüsusi memarlıq həlli ilə əlaqədar bir sıra işlər görülüb və zəruri məsələlər həllini tapıb.

‘20 Sentyabr" stansiyası ilə bağlı tikinti işləri başa çatıb, hazırda tamamlama işləri icra olunur. Bilirsiniz ki, burada xüsusi memarlıq həlli tətbiq edilir. Bununla əlaqədar materialların ölkə xaricindən gətirilməsi, logistika və digər məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib, işlər qrafikə uyğun davam edir”, - deyə M.Rzayev qeyd edib.
 

Departament rəhbəri vurğulayıb ki, hazırda əsas diqqət stansiyada tamamlama işlərinin yekunlaşdırılmasına yönəlib. Mövcud qrafikə əsasən, stansiyanın gələn ilin birinci yarısında tam istismara verilməsi nəzərdə tutulur.


“Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir”, - deyə o əlavə edib.

M.Rzayev, həmçinin “28 May” və “Nizami” stansiyaları arasında tikilən mənzil tuneli barədə məlumat verib. Onun sözlərinə görə, ümumi uzunluğu 211 metr olan tunelin qazılması işlərinə başlanılıb və indiyədək 63 metrlik hissədə qazıntı işləri tamamlanıb.
 

“Tunelin qazma prosesinə başlanılıb. Bu günə qədər 63 metr hissədə qazma işləri icra olunub və işlər planlı şəkildə, qrafikə uyğun davam etdirilir”, - deyə o bildirib.


M.Rzayev qeyd edib ki, gələcəkdə həmin tunelin “Nizami” – “Cəfər Cabbarlı” tunelinə çevrilməsi nəzərdə tutulur.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO