Cəzaları azaldıldı - 1 həftəyə azadlığa çıxırlar

Cəzaları azaldıldı - 1 həftəyə azadlığa çıxırlar

Hazırda oxunan: Cəzaları azaldıldı - 1 həftəyə azadlığa çıxırlar
643800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.

Amma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı cəzanın dəyişdirilməsi xahiş edilib.
 

Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, Nadir Muradov və Qafar Abdullayevin cəzası 1 il 3 aydan 1 ilə endirilib. Onlar ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.


Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bir neçə vəzifəli həbs edilib. Bu hadisədən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Mikayılov saytımıza açıqlamasında bu cinayətlə əlaqəsinin olmadığını, istintaqa ifadə vermədiyini deyib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO