"Mənə qonorar vermədi, özünə maşın aldı"

"Mənə qonorar vermədi, özünə maşın aldı"

Hazırda oxunan: "Mənə qonorar vermədi, özünə maşın aldı"
643820
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktyor Ziya Ağa filmə dəvət alarkən yaşadığı hadisəni bölüşüb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Kəşfət” proqramına açıqlamasında danışıb.

Aktyor bildirib ki, filmdə rol almaq üçün xeyli hazırlaşsa da, qonorarla bağlı razılıq əldə olunmayıb:

“Adını çəkməyəcəyəm. Tanınmış rejissor məni filmə çağırdı, əl sıxışdıq. Müəyyən çəki atdım. Filmdə arıqlamaq lazım idi. Saçımı, saqqalımı uzatdım. Dedi ki, lazım olsa, qonorarımdan verəcəyəm, amma sən burada oynamalısan. Dedim, əla.
 

Məsələ gəldi pula. Filmin prodüseri də dostumdur. Zəng etdi ki, məbləğ budur. Razılaşmadım. Dedim, büdcəni anlayıram, amma məbləği artıraq. Cəmi 4 min artırsaydı, razılaşacaqdım. Rejissor maraqlanmadı. Özü kifayət qədər qonorar alırdı, onun 4 minini kəsib mənə verə bilərdi.


Nəticədə başqa aktyor çəkildi, halal­lıq verdim. Rejissor isə özünə Cip aldı. Sevinirəm ki, həmin filmdə olmamışam”. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO