İstifadədən çıxarılan mobil nömrələrin yenidən satışı ilə bağlı XƏBƏRDARLIQ

İstifadədən çıxarılan mobil nömrələrin yenidən satışı ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: İstifadədən çıxarılan mobil nömrələrin yenidən satışı ilə bağlı XƏBƏRDARLIQ
643805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İstifadədən çıxarılan mobil nömrələrin yenidən satışa çıxarılması və başqa abonentlərə verilməsi zamanı vahid təhlükəsizlik standartları tətbiq olunmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, hazırda mobil nömrələr yalnız danışıq və SMS vasitəsi deyil, həm də bank hesablarına, sosial şəbəkələrə, elektron poçta və müxtəlif elektron xidmətlərə giriş üçün istifadə olunur.

Onun sözlərinə görə, vətəndaş istifadə etdiyi nömrəni aktiv saxlamadıqda həmin nömrə müəyyən müddətdən sonra ləğv edilərək başqa abonentə verilə bilər:

"İndi təsəvvür edək ki, vətəndaş bir nömrədən müəyyən müddət istifadə edir, sonra müxtəlif səbəblərdən onu aktiv saxlamır. Nömrə müəyyən müddətdən sonra ləğv olunur və yenidən başqa abonentə verilir. Əgər əvvəlki istifadəçi bank, elektron poçt və sosial şəbəkə hesablarında həmin nömrəni dəyişməyibsə, yeni abonent əvvəlki istifadəçiyə aid təsdiq mesajları və digər məlumatlarla qarşılaşa bilər. Bu, artıq sadəcə narahatlıq məsələsi deyil. Burada şəxsi məlumatların qorunması, hesabların təhlükəsizliyi və potensial dələduzluq riski var".

R.Nurullayev qeyd edib ki, mobil operatorların fəaliyyətini məhdudlaşdırmaq deyil, dəyişən rəqəmsal reallıqlara uyğun təhlükəsizlik mexanizmləri yaratmaq vacibdir.
 

"İstifadə olunmayan nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarına ehtiyac var. Nömrə yeni abonentə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilə, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə qoruyucu mexanizmlər yaradıla bilər. 


Eyni zamanda, operatorların və bankların, elektron xidmətlərin, sosial platformaların nömrə dəyişdirildikdə hesabların təhlükəsizliyinin qorunması ilə bağlı qarşılıqlı mexanizmləri gücləndirilməlidir. Ən əsası isə vətəndaş məlumatlandırılmalıdır. İnsan bilməlidir ki, istifadə etdiyi nömrə gələcəkdə başqa şəxsə verilə bilər və nömrədən imtina etməzdən əvvəl bank, sosial şəbəkə və digər hesablarında əlaqə vasitəsini dəyişməlidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO