Zelenski: “Ukraynaya sadəcə sənədlər deyil, real təhlükəsizlik təminatları lazımdır”

Zelenski: “Ukraynaya sadəcə sənədlər deyil, real təhlükəsizlik təminatları lazımdır”

Hazırda oxunan: Zelenski: “Ukraynaya sadəcə sənədlər deyil, real təhlükəsizlik təminatları lazımdır”

643745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın yeni hücumunun qarşısını alacaq konkret təhlükəsizlik təminatlarına ehtiyacı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kiyev üç əsas mexanizmi nəzərdən keçirir: 

“NATO-ya üzvlük, alyansın 5-ci maddəsi prinsipi əsasında ABŞ-ın birbaşa təhlükəsizlik təminatları, həmçinin Avropa tərəfdaşlarının və “könüllülər koalisiyası”nın dəstəyi”.
 

Ukrayna lideri güclü Ukrayna ordusunun əsas rol oynamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ordunun saxlanılması üçün əhəmiyyətli maliyyə resursları tələb olunacaq.


Zelenski qeyd edib ki, ABŞ-ın təhlükəsizlik təminatları dəqiq şəkildə sənədləşdirilməli və Konqresin dəstəyi ilə möhkəmləndirilməlidir.

Prezident formal öhdəliklərin yetərli olmadığını əsaslandırmaq üçün Budapeşt Memorandumunu nümunə göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO