Keyn mövsümün ən yaxşı oyunçusu seçildi

Keyn mövsümün ən yaxşı oyunçusu seçildi

Hazırda oxunan: Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
643817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn İspaniyanın “Marca” nəşrinin versiyasına görə mövsümün ən yaxşı futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, 33 yaşlı hücumçu 226 nəfərdən ibarət beynəlxalq münsiflər heyətinin səsverməsində birinci yeri tutub. Münsiflər arasında “Marca”nın və digər dünya mediasının jurnalistləri də yer alıb.

İkinci yeri İspaniyanın “Barselona” klubunun və milli komandasının yarımmüdafiəçisi Lamin Yamal tutub.

O, ötən mövsümün qalibi olmuşdu. Üçüncü pillədə isə Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe qərarlaşıb.
 

Qeyd edək ki, 2025/2026 mövsümündə Harri Keyn “Bavariya” ilə Almaniya Superkubokunu, ölkə kubokunu və Bundesliqa çempionluğunu qazanıb. İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.


Keyn 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisinin heyətində keçirdiyi 65 matçda 73 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO