Türkiyə millisi son dəqiqələrdə qələbə qazandı – DİGƏR NƏTİCƏLƏR - VİDEO

Türkiyə millisi son dəqiqələrdə qələbə qazandı – DİGƏR NƏTİCƏLƏR - VİDEO

Hazırda oxunan: Türkiyə millisi son dəqiqələrdə qələbə qazandı – DİGƏR NƏTİCƏLƏR - VİDEO
41191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 11-də futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin səkkizinci turuna start verilib.

Bizim.Media xəbər verir ki, turun ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

G qrupunda Türkiyə millisi səfərdə Latviya yığmasının qonağı olub. Oyunda hesabı Latviya yığması açıb.

Oyunun 70-ci dəqiqəsində Merih Demiral avtoqola imza atıb. Altı dəqiqə sonra isə Serdar Dursun tarazlığı bərpa edib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 9-cu dəqiqədə penaltidən Burak Yılmaz qoyub. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. Beş xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib (6:0), 2-ci yerdə gedən Norveç isə Monteneqroya minimal hesabla qalib gəlib - 1:0.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn (4:0) Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması (1:0) səbəb olub. İslandiya isə Lixtenşteyn seçməsini darmadağın edib - 4:0.

Gün ərzində keçiriləcək görüşlərlərdə aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

Belarus – Çexiya - 0:2;

Estoniya – Uels - 0:1.

Qrupdakı vəziyyət: Belçika - 16 (6 oyun), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).

G qrupu

Latviya - Türkiyə - 1:2

Niderland - Cəbəllütariq - 6:0;

Norveç – Monteneqro - 2:0.

Qrupdakı vəziyyət: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 6, Cəbəllütariq - 0.

H qrupu

Kipr – Malta - 2:2;

Sloveniya – Rusiya - 1:2;

Xorvatiya – Slovakiya - 2:2.

Qrupdakı vəziyyət: Rusiya - 19, Xorvatiya - 17, Sloveniya - 10, Slovakiya - 10, Malta - 5, Kipr - 5. 

J qrupu

Şimali Makedoniya – Almaniya - 0:4;

Rumıniya - Ermənistan - 1:0;

İslandiya – Lixtenşteyn - 4:0.

Qrupdakı vəziyyət: Almaniya - 21, Rumıniya - 13, Şimali Makedoniya - 12, Ermənistan - 12, İslandiya - 8, Lixtenşteyn - 1.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda birinci yeri tutan komandalar qazanacaqlar.

İkinci pilləni tutan 10 ölkə UEFA Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan üç vəsiqənin sahibini müəyyənləşdirəcək.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO