AFFA-nın icraçı vitse-prezidenti “Turan Tovuz” Futbol Akademiyasında oldu - FOTO

AFFA-nın icraçı vitse-prezidenti “Turan Tovuz” Futbol Akademiyasında oldu - FOTO

Hazırda oxunan: AFFA-nın icraçı vitse-prezidenti “Turan Tovuz” Futbol Akademiyasında oldu - FOTO

39223

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Tovuz rayonuna gedib. 

Bizim.Media milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Məmmədov “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən Futbol Akademiyasına baş çəkib, akademiyanın iş prinsipi, burada təşkil olunan məşqlər, yaradılan şəraitlə yerində tanış olub.

O, hazırlıq keçən uşaqlara AFFA tərəfindən ayrılmış geyim dəstlərini təqdim edib. 

Məlumat verilib ki, “Turan Tovuz” Futbol Akademiyasında bir neçə yaş qrupu üzrə uşaqlar üçün müntəzəm məşqlər təşkil olunur. 

AFFA və klub rəsmiləri aşağı yaş qruplarından ibarət komandanın üzvləri ilə birgə futbol oynayıblar. 

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixili iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub. 

“Turan Tovuz” Futbol Akademiyasını FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA inşa edib. Akademiyanın açılış mərasimi 2021-ci il yanvarın 16-da keçirilib. 

Qarşıdakı 3 il ərzində akademiya AFFA-nın vasitəçiliyi ilə FIFA-nın ayırdığı vəsait hesabına maliyyələşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO