Maqnus Karlsen “Aimchess USRapid” turnirinin qalibi oldu - FOTO

Maqnus Karlsen “Aimchess USRapid” turnirinin qalibi oldu - FOTO

Hazırda oxunan: Maqnus Karlsen “Aimchess USRapid” turnirinin qalibi oldu - FOTO

35748

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, final mərhələsində mübarizə aparan Maqnus Karlsen rusiyalı şahmatçı Vladimir Artemiyevi məğlub edərək yarışın qalibi olub.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da “Aimchess USRapid” turnirində iştirak edib. Şahmatçımız dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıb.

 16 şahmatçının iştirak etdiyi turnirin mükafat fondu 100 min ABŞ dollarıdır. Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

“Champions Chess Tour”un final mərhələsi sentyabrın 25-də start götürəcək. Yarışın mükafat fondu 300 min ABŞ dolları olacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO