Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah finalda

Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah finalda

Hazırda oxunan: Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah finalda
28136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah İtaliyanın Roma şəhərində keçirilən Üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazanıb.

Bizim.Media-nın məlumatına görə, Azərbaycanın Üzgüçülük Federasiyasından  bildiriblər ki, bunu milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.

Onun sözlərinə görə, üzgüçülük üzrə milli komandanın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafədə batterflay üsulunda 27.12 saniyə göstərici ilə finala yüksəlib:

“Bu Azərbaycan üzgüçülük tarixində bir ilkdir. Bu yarışda Avropanın üzgüçülük üzrə çox güclü milli komandalarının yüksək nəticələr göstərən idmançıları iştirak edir. Azərbaycan üzgüçüsünün belə bir mötəbər turnirdə finala vəsiqə qazanması böyük uğur hesab oluna bilər”.

Baş məşqçi bildirib ki, bu yarışda ölkəmizi milli komandamızın digər üzvü olan Ramil Vəlizadə də təmsil edir. Bu üzgüçümüzdən də yüksək nəticələr gözləyirik:

“Bu Avropa Birinciliyində üzgüçülərimizin uğur qazanacağına böyük ümidlərimiz var. Ramil Vəlizadə beynəlxalq turnirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücündə olan idmançıdır. Ümidvaram ki, o da Məryəm Şeyxəlizadəxangah kimi ən azı final mərhələsinə vəsiqə qazanmaq gücündədir”.

Məlumat üçün bildirək ki, Romada keçirilən Avropa Birinciliyində 48 ölkədən 304-ü kişi, 261 qadın olmaqla üçuçilikdə 565 işmançı güclərini sınayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO