Azərbaycan klubu

Azərbaycan klubu "Barselona"nın sabiq futbolçusu ilə anlaşdı - FOTO

Hazırda oxunan: Azərbaycan klubu "Barselona"nın sabiq futbolçusu ilə anlaşdı - FOTO

27739

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi Facebook hesabından paylaşım edib. 

"Sabah"ın "Barselona"nın sabiq futbolçusu Xuan Kamaranı transfer edəcəyi gözlənilir. Belə ki, klub 27 yaşlı yarımmüdafiəçinin Lionel Messi, Luis Suares və Arda Turanla fotosunu paylaşıb.  

Müqavilə ilə Polşanın "Yagelloniya" klubuna məxsus olan ispaniyalı oyunçunun "Sabah"da icarə əsasında çıxış edəcəyi ehtimal edilir. Klub tərəfindən rəsmi açıqlama sabah veriləcək. 

Qeyd edək ki, Kamara 2016 - 2018-ci illərdə "Barselona"nın əsas komandasında forma geyinib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO