La Liqanın prezidenti İngiltərə Premyer Liqasını TƏNQİD ETDİ

La Liqanın prezidenti İngiltərə Premyer Liqasını TƏNQİD ETDİ

Hazırda oxunan: La Liqanın prezidenti İngiltərə Premyer Liqasını TƏNQİD ETDİ
271414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya La Liqasının prezidenti Xavyer Tebas İngiltərə Premyer Liqasını vəsaitləri səmərəsiz istifadə etməkdə təqsirləndirib.

Bizim.Media “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o deyib:

“Premyer Liqa belə qurulub ki, əslində mənfəətsizdir. Onun dövriyyəsi böyükdür. İngiltərə İspaniyadan daha zəngin ölkədir, amma orada daimi olaraq defisit mövcuddur və biz yenidən Premyer Liqanın mənfəətsizliyi məsələsinə qayıdırıq. Bu, Avropanın digər ölkələrində inflyasiyaya təsir göstərir.
 

Mən burada investisiyalardan yox, itkilərdən danışıram. Transferlərin səmərəlilik göstəricisinə baxsaq, bizim və Almaniya klubları ən effektivdir. Levandovski deyirdi ki, Premyer Liqada oyunçular üçün çox pul xərcləyirlər, amma həmin oyunçular 10 oyun keçirib 6 qol vurur. Bu, Premyer Liqaya əlavə dəyər qazandırırmı?


Gəlin “Qızıl Top” mövzusuna keçək. Son illərdə Rodri istisna olub. Onlar çox oyunçu alırlar, amma ulduzları ələ keçirməkdə uğursuzdurlar. Bu məni narahat etmir. Biz hələ də Avropada Premyer Liqadan daha çox titul qazanmışıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO