“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ – VİDEO

“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ – VİDEO

Hazırda oxunan: “Qarabağ”dan möhtəşəm QƏLƏBƏ – VİDEO
266074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

Bizim.Media xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO