“Qalatasaray”ın istədiyi futbolçu İngiltərə klubuna KEÇDİ

“Qalatasaray”ın istədiyi futbolçu İngiltərə klubuna KEÇDİ

Hazırda oxunan: “Qalatasaray”ın istədiyi futbolçu İngiltərə klubuna KEÇDİ
259941
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Vulverhempton” Kolumbiya millisinin hücumçusu Con Arias üçün "Fluminense" ilə razılığa gəlib.

Bizim.Media “A Bola”ya istinadən xəbər verir ki, İngiltərə klubu Rio-de-Janeyro təmsilçisinə 17,25 milyon avro ödəməyə razılaşıb.

ABŞ-da keçirilən Klublararası dünya çempionatında Arias “Fluminense”nin yarımfinala yüksəlməsinə kömək edib.

O, klubda beş il ərzində 229 oyun keçirib, 47 qol vurub və 55 məhsuldar ötürmə edib. Kolumbiyalı əvvəllər heç vaxt Avropada çıxış etməyib. Con “Qalatasaray”ın da transfer siyahısında yer almışdı. 27 yaşlı futbolçunun “Fluminense” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər idi.
Arias “Patriotas”, “Laneros”, “Amerika de Kali”, “Santa Fe” klublarında oynamışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO