“Sabah”ın Avropa Liqasındakı rəqibi BƏLLİ OLDU

“Sabah”ın Avropa Liqasındakı rəqibi BƏLLİ OLDU

Hazırda oxunan: “Sabah”ın Avropa Liqasındakı rəqibi BƏLLİ OLDU

255210

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olub.

Püşkatma zamanı səpələnməmişlər səbətində yer alan "Sabah" Sloveniyanın "Sele" klubuna rəqib olub. Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri "Qarabağ" (Çempionlar Liqası), "Zirə" və "Araz-Naxçıvan"dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə sabah keçiriləcək püşkatmada bəlli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO