
- A-
- A
- A+
"Barselona" tarixində 100-cü kubokunu qazanıb - VİDEO
İspaniyanın "Barselona" klubu tarixində 100-cü kubokunu qazanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün İspaniya Superkubokunun finalında "Real"a qarşı oyunda gerçəkləşib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə rəqibini 5:2 hesabı ilə məğlub edən "Barselona" Kataloniyada keçirilən turnirlər nəzərə alınmadan tarixində 100-cü kubok qələbəsinə imza atıb.
İspaniya çempionatının 27 qat qalibi olan komanda ölkə kubokunu 31, Superkuboku 15, Eva Duarte Kubokunu 3, İspaniya Liqa Kubokunu 2 dəfə başı üzərinə qaldırıb. Bundan əlavə, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasını 5, Kubok Kubokunu 4, Avropa Superkubokunu 5, Yarmarkalar Kubokunu 3, klublararası dünya çempionatını 3, Latin Kubokunu 2 dəfə qazanıb.
"Barselona"nın Kataloniya regional turnirlərində 33 qələbəsi var.
Qeyd edək ki, komanda hazırda La Liqanın turnir cədvəlində 38 xalla üçüncü pillədə qərarlaşıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































