"Mançester Siti" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Klub yarımmüdafiəçilər Martin Subimendi və ya Edersonu heyətinə qatmağı planlaşdırır. Baş məşqçi Xosep Qvardiola bu oyunçuları zədəli futbolçusu Rodrinin potensial əvəzediciləri kimi görür.
25 yaşlı Subimendi "Real Sosyedad"da çıxış edir. Bu mövsüm ispaniyalı bütün turnirlərdə klubun heyətində 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
25 yaşlı Ederson "Atalanta"nın oyunçusudur və 2022-ci ildən klubda çıxış edir. Bu mövsüm braziliyalı klubda 17 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:29 / 30.11.2024
"Mançester Siti"nin QIŞ PLANI
Hazırda oxunan: "Mançester Siti"nin QIŞ PLANI
Hazırda oxunan: "Mançester Siti"nin QIŞ PLANI
223093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.