Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı BİLİNDİ

Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı BİLİNDİ

Hazırda oxunan: Avropa Liqası: Fransa klubunun Bakıdakı açıq məşqinin vaxtı BİLİNDİ
222268
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa təmsilçisi "Lion"un Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransının və açıq məşqinin vaxtı bəlli olub. 

Bizim.Media Azərbaycan çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komandanın baş məşqçisi Pyer Saqenin mətbuat konfransı noyabrın 27-də, saat 17:45-də başlayacaq. 

Liqa 1 klubunun açıq məşqi isə saat 18:30-da start götürəcək. 
 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-a təyin edilib. Bu tədbirlər Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Saat 16:45-də "köhlən atlar"ın açıq məşqi “Azərsun Arena”da reallaşacaq. 


Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçı saat 21:45-də start götürəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO