"Neftçi" "Araz-Naxçıvan"a məğlub oldu - VİDEO

"Neftçi" "Araz-Naxçıvan"a məğlub oldu - VİDEO

Hazırda oxunan: "Neftçi" "Araz-Naxçıvan"a məğlub oldu - VİDEO
218862
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Misli Premyer Liqasında 12-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk gündə 2 matç keçirilib. Əvvəlcə "Turan Tovuz" öz meydanında son çempion "Qarabağ"la qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.

Günün 2-ci görüşündə isə 3-cü yerdəki "Araz-Naxçıvan" səfərdə 8-ci pillədəki "Neftçi" ilə üz-üzə gəlib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Neftçi" turnir cədvəlində 9 xalla 8-ci, "Araz-Naxçıvan" isə 24 xalla 3-cü yerdədir.

Qeyd edək ki, 12-ci turun digər görüşləri 2 və 3 noyabr tarixlərində keçiriləcək.
 

1 noyabr

20:30. “Neftçi” – “Araz-Naxçıvan” - 0:1

Qol: Felipe Santos, 30

Qırmızı vərəqə: Turan Vəlizadə, 90+3 (“Araz-Naxçıvan”)

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov


Rəşad Rafqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO