Çempion mövsümə məğlubiyyətlə BAŞLADI

Çempion mövsümə məğlubiyyətlə BAŞLADI

Hazırda oxunan: Çempion mövsümə məğlubiyyətlə BAŞLADI
217319
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futzal üzrə Yüksək Liqada 2024-2025-ci il mövsümünə start verilib.

Bizim.Media xəbər verir ki, ilk matçda ötən mövsümün müvafiq olaraq gümüş və qızıl medalçıları – “Baku Fire” - “Araz-Naxçıvan” qarşılaşıb.

Ötənilki heyətini qoruyan və yeni transferlərlə gücləndirən nominal meydan sahibləri iddiasını da böyüdüb.

Çempionluq uğrunda yarışacaq “Baku Fire” heyətini və baş məşqçisini yeniləmiş “Araz-Naxçıvan”la dueldə bunu əyani ortaya qoymalı idi.

FİFA referilərinin idarə etdiyi oyuna “Baku Fire” sürətli başladı. İlk dəqiqələrdən “5-lik” oynayan nominal meydan sahibləri İaqonun dublu sayəsində hesabda üstünlük qazandı. Braziliyalı həm də mövsümün qol “siftəsi”ni etmiş oldu.
 

Laza qollardan birinin əvəzini çıxsa da, növbəti dəfə eks “Araz-Naxçıvan”lı - Amadeu toru silkələdi və fərqi yenidən 2 topa yüksəltdi. Fasiləyə qədər Amadeu dublnu rəsmiləşdirdi. Ona qədər komandasından Tofiq Mikayılov, rəqibdən isə Caique qol vurmağa nail oldu.


İkinci hissəyə isə son çempion uğurlu start verdi. Giovanny komandasının 3-cü qolunu vurdu. 28-ci dəqiqədə fərq yenidən 3 topa yüksəldi. Bu dəfə Emindən qayıdan topu Oqtay tora qovuşdurdu. Matçın son dəqiqələri daha məhsuldar keçdi. Amma son çempion 4 topa çatdırılan fərqi 2 topa qədər azaltsa da, məğlubiyyətdən qaça bilmədi.

Baku Fire – Araz-Naxçıvan  (5:2) 8:6

Qollar: İaqo Henrique, 2:13, 2:49, 35:34, Amadeu, 8:37, 19:21, Tofiq Mikayılov, 12:12, Oqtay Rüstəmli, 27:59, Kənan Manafov, 33:35 // Lazar Milosavljeviçi, 3:40, 38:04, Caique Aledes De Oliveira, 13:35, Giovanny Valerio, 23:25, Xəzər Ağalızadə, 35:01, Fərid Ələkbərov, 37:07 (ö/q)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO