Paris-2024: Bu gün çıxış edəcək paralimpiyaçılarımızın yarış cədvəli

Paris-2024: Bu gün çıxış edəcək paralimpiyaçılarımızın yarış cədvəli

Hazırda oxunan: Paris-2024: Bu gün çıxış edəcək paralimpiyaçılarımızın yarış cədvəli
209042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 idmançısı çıxış edəcək. 

Bizim.Media xəbər verir ki, parataekvondoçu İmaməddin Xəlilov (K-44, 70 kq) 1/4 finalda yarışacaq. 

O, Kot d'İvuar və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək. 1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlayacaq. 
 

Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) isə 10 metr məsafəyə atəşaçmada iştirak edəcək. Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da başlayacaq. 


Paraatlet Oloxan Musayev F55 kateqoriyası üzrə nüvəitələmədə mübarizə aparacaq. Bu yarışa Bakı vaxtı ilə saat 21:05-də start veriləcək. 

Qeyd edək ki, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K-44, 58 kq) ötən gün bürünc medal qazanıb. Paralimpiada sentyabrın 8-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO