Millimiz 1/4 finala YÜKSƏLDİ

Millimiz 1/4 finala YÜKSƏLDİ

Hazırda oxunan: Millimiz 1/4 finala YÜKSƏLDİ

197421

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsində ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, D qrupundakı sonuncu görüşündə millimiz Niderland yığması ilə qarşılaşıb və rəqibinə 12:21 hesabı ilə məğlub olub.

Məğlubiyyətə rəğmən, qızlarımız qrup ikincisi kimi 1/4 finala vəsiqəni təmin ediblər.

Xatırladaq ki, millimiz qrupdakı ilk oyununda Filippin yığması ilə qarşılaşmış və 22:17 hesabı ilə qalib gəlmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO