"Tottenhem" 7 futbolçusunu satır

Hazırda oxunan: "Tottenhem" 7 futbolçusunu satır

191235

"Tottenhem"in baş məşqçisi Ange Postekoğlu komandanı yenidən qurmağı planlaşdırır.

Bizim.Media "The Times"a istinadən xəbər verir ki, o ,heyəti gücləndirmək məqsədi ilə yeni oyunçular almaq üçün bəzi futbolçuların satışa çıxarılmasını tələb edib. Mütəxəssisin klub rəhbərliyinə təqdim etdiyi siyahıda 7 oyunçu yer alıb.

Onlardan yalnız 4-nün adı açıqlanıb. Bunlar yarımmüdafiəçilər Pyer-Emile Hoyberq, Covani Lo Selso, İv Bissuman və hücumçu Rişarlisondur.

Eyni zamanda, London klubu yay transfer pəncərəsində yeni mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu axtarışında olacaq.
Xatırladaq ki, Postekoğlu daha əvvəl mətbuata açıqlamasında komandanı yenidən qurmaq niyyətində olduğunu bildirmişdi. 

Qeyd edək ki, “Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 60 xalla 5-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO