Cüdoçularımızdan Göygöldəki Dünya Kubokunun ilk günündə 10 medal

Cüdoçularımızdan Göygöldəki Dünya Kubokunun ilk günündə 10 medal

Hazırda oxunan: Cüdoçularımızdan Göygöldəki Dünya Kubokunun ilk günündə 10 medal
190527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə edib.

Bizim.Media xəbər verir ki, qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.

Oğlanlar arasında -50 kq. çəkidə Məhəmmədəli Hüsiyev və -55 kq. çəkidə Nihad Məmişov qızıl medal əldə ediblər. -60 kq. çəkidə Fərid Qarayev gümüş medal, Özqan Quliyev bürünc medal qazanıb. -66 kq. çəkidə Ramil Mahmudov və Səlim Sultanov bürünc medala sahib olub.

Qızlar arasında -40 kq. çəkidə Xədicə Abdullayeva, -44 kq. çəkidə Leyla Ələkbərova, -52 kq. çəkidə Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO