Yüksək Liqada finalçılar müəyyənləşdi – FOTO

Hazırda oxunan: Yüksək Liqada finalçılar müəyyənləşdi – FOTO

187916

Qadın voleybolçuların Azərbaycan çempionatında yarımfinal mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada finala son vəsiqənin sahibi GİN-in Voleybol Mərkəzində sahibini tapıb. 

“Murov Az Terminal” "Qızıl set"də “Abşeron”a uduzub. İkinci oyunda ilk qarşılaşmada olduğu kimi 3:1 hesabı qeydə alınıb. Reqlmentə görə, qalibi müəyyən etmək üçün həlledici set oynanılıb. "Abşeron" voleybolçuları 15:11 hesabı qalib gələrək, finala yüksəliblər. Qeyd edək ki, digər yarımfinalda “Azərreyl” “Gəncə”dən üstün olub – 3:0, 2:3.
Yüksək Liqa, qadınlar

Yarımfinal, 2-ci oyun

18 aprel

18:00. “Murov Az Terminal” - “Abşeron” - 3:1 (21:25, 25:20, 25:19, 25:20), Qızıl set - 11:15

GİN-in Voleybol Mərkəzi

İlk oyun – 1:3 (26:24, 15:25, 19:25, 22:25).




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO