Azərbaycan boksçusu Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: Azərbaycan boksçusu Avropa çempionu oldu - FOTO

187158

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO