“Qarabağ”dan növbəti qələbə - VİDEO

Hazırda oxunan: “Qarabağ”dan növbəti qələbə - VİDEO

186014

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. 

Burada çempionluğu artıq təmin etmiş “Qarabağ” “Səbail”i sınağa çəkib. Altı qolluq matçın yekununda Ağdam klubu sevinib. 
Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. Bu gün isə “Turan Tovuz” “Sabah”ı 2:0 hesabıyla məğlub edib. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası

29-cu tur

6 aprel

“Qarabağ” – “Səbail” 4:2

Qollar: Yassin Benzya, 15; 40. Toral Bayramov, 69-pen. Nəriman Axundzadə, 90 – Nir Bardea, 7. Rüfət Abdullazadə, 88.

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.

Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.

Qarabağ: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.

Baş məşqçi: Şahin Diniyev.
 

 

 

 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO