“Turan Tovuz” “Sabah”a qalib gəldi - VİDEO

Hazırda oxunan: “Turan Tovuz” “Sabah”a qalib gəldi - VİDEO

185986

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə ilk qarşılaşması Tovuzda baş tutub.

Burada yerli “Turan Tovuz”la “Sabah” komandaları qarşılaşıblar. Oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Çempionluğu təmin etmiş “Qarabağ” isə bu gün “Səbail”i sınağa çəkəcək.
Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası

29-cu tur

6 aprel

“Turan Tovuz” – “Sabah” 2:0

Qollar: Aleks Souza, 26. Otto Con, 82.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.

Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 80. Otto Con.

Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 27. Jarl Marqarita.

Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 5. Rəhman Daşdəmirov, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin.

Baş məşqçi: Krunoslav Renduliç.
 

 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO