Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Səbail”ə qarşı

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Səbail”ə qarşı

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Sabah”a, “Qarabağ” “Səbail”ə qarşı

185945

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilir. 

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. 

Günün ilk qarşılaşması Tovuzda yerli “Turan Tovuz”la “Sabah” arasında keçiriləcək. Çempionluğu təmin etmiş “Qarabağ” isə bu dəfə “Səbail”i sınağa çəkəcək.

Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk oyununda “Araz-Naxçıvan” “Kəpəz”ə uduzub – 1:2. “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası

29-cu tur

6 aprel

“Turan Tovuz” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.

Tovuz şəhər stadionu,

16:00.

“Qarabağ” – “Səbail”

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev. Tofiq Bəhramov adına Respublika stadionu, 20:00. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO