“Azərreyl” liderliyini möhkəmləndirdi

“Azərreyl” liderliyini möhkəmləndirdi

Hazırda oxunan: “Azərreyl” liderliyini möhkəmləndirdi

181273

Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. 

Bizim.Media xəbər verir ki, Yüksək Liqada üç matç baş tutub. 

Tura Gəncədə start verilib. Şəhərin eyniadlı təmsilçisi “Milli Aviasiya Akademiyası”nı sınağa çəkib. 

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Mükafatlar uğrunda mübarizə aparan “Abşeron”la “Murov Az Terminal”ın görüşündə qonaq komanda üstün olub. Abşeron voleybolçuları 0:3 hesabı ilə uduzublar.
Çempionatın lideri “Azərreyl” UNEC-lə görüşdə çətinlik çəkməyib. "Dəmiryolçular" hər 3 setdə qalib gəliblər. Bu qələbə onlara ən yaxın izləyicisini 4 xal qabaqlamaq imkanı verib.

5 mart

Yüksək Liqa (qadınlar)

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 3:0 (25:16, 25:21, 26:24)

Gəncə OİK

17:00. “Abşeron” - “Murov Az Terminal” - 0:3 (17:25, 17:25, 17:25)

GİN-nin Voleybol Mərkəzi (CBC Sport – canlı)

18:00. UNEC - “Azərreyl” - 0:3 (18:25, 17:25, 19:25)

UNEC-in idman zalı

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO