Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək

Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək

Hazırda oxunan: Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək
169249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu, Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq. 

Yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz-qarşılaşmalar” salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları mübarizədir. 

Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur. Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Nüfuzlu turnirdə çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək.
Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər. Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO