Türkiyəli rəqibinə qalib gələn boksçumuzdan təsirli JEST - VİDEO

Hazırda oxunan: Türkiyəli rəqibinə qalib gələn boksçumuzdan təsirli JEST - VİDEO

147458

Rumıniyada boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatı keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan və Türkiyə boksçularının görüşündə maraqlı anlar yaşanıb. 

Belə ki, təmsilçimiz Sübhan Babayev türkiyəli rəqibi ilə görüşdə onu məğlub edib. 

Görüş başa çatdıqdan sonra isə Azərbaycan təmsilçisi türkiyəli rəqibinin formasındakı bayrağı öpüb. Türkiyəli rəqibi də ona eyni qarşılığı verib. 

Bu hadisə zalda çoşqu ilə qarşılanıb. 

Həmin anın görüntülərini təqdim edirik:

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO