\

\"Qəbələ\" Portuqaliyadan legioner gətirir

Hazırda oxunan: \"Qəbələ\" Portuqaliyadan legioner gətirir

143738

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” oyunçu axtarışlarını davam etdirir.

Bizim.Media xəbər verir ki, hazırda komandanı tərk edən legionerlərin yerini doldurmaq istəyən bölgə təmsilçisi Portuqaliyanın “Eştoril” klubunda oynayan müdafiəçi ilə danışıq aparır.  

Əsləb braziliyalı olan Lukas Afrikonun “Eştoril”lə müqaviləsi başa çatıb. 28 yaşlı arxa xətt oyunçusu son mövsümdə klubun heyətində 8 rəsmi matçda meydana çıxıb.  

Sabah ölkəmizə gələcək futbolçu ilə müqavilənin imzalanması gözlənilir. Onunla 1+1 illik müqavilə imzalanacaq. “Qəbələ” yay transfer dövründə artıq 2 legioner transfer edib.

“Kəpəz”dən nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya və “Sabah”dan ukraynalı müdafiəçi Zurab Ociqava növbəti mövsüm qırmızı-qara formanı geyinəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO