"Neftçi" avrokuboklara vəsiqə QAZANDI - Yeni rekord

Hazırda oxunan: "Neftçi" avrokuboklara vəsiqə QAZANDI - Yeni rekord
129883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub.

Bizim.Media xəbər verir ki, “Qarabağ”la “Sabah”ın ardınca “Neftçi” də “üçlük”də yerini təmin edib.

Bu, 29-cu turdan sonra rəsmiləşib. Bakılılar səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib və xallarının sayını 60-a çatdırıb.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

Paytaxt klubu 9 dəfə - 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 və 2020/2021 mövsümlərində çempion titulunu qazanıb. “Ağ-qaralar” 5 dəfə gümüş (2000/2001, 2006/2007, 2018/2019, 2019/2020, 2021/2022), 6 dəfə bürünc (1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008, 2017/2018) mükafat qazanıb.
Qeyd edək ki, “Neftçi” ardıcıl 6-cı mövsümü “üçlük”də bitirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO