Güləşçilərimiz Avropa çempionatına Gürcüstanda hazırlaşır

Güləşçilərimiz Avropa çempionatına Gürcüstanda hazırlaşır

Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatına Gürcüstanda hazırlaşır
127093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yunan-Roma güləşi üzrə millimiz bu il ikinci dəfə ölkə xaricində təlim-məşq toplanışı keçir.

Bizim.Media xəbər verir ki, fevralda Xorvatiyada hazırlıq edən yığmamız bu dəfə qonşu ölkəyə yollanıb.

Gürcüstanın kurort bölgəsi olan Bakurianidə yerli komandayla birgə keçirilən təlim-məşq toplanışında millinin 15 üzvü iştirak edir.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (hər ikisi 130 kq) ibarət heyət dəniz səviyyəsindən 1700 metr yüksəklikdə əsasən fiziki hazırlığı əhatə edən məşqlər keçir.  

Ancaq toplanış çərçivəsində taktiki-texniki çalışmalara da yer ayrılır.  

Qeyd edək ki, 2 həftəlik toplanış apreldə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO