"Mançester Siti" qələbəni əldən verdi - Çempionlar Liqası

Hazırda oxunan: "Mançester Siti" qələbəni əldən verdi - Çempionlar Liqası

122040

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.

Turnirin favoritlərindən hesab olunan İngiltərənin "Mançester Siti" klubu Almaniyada "Leyptsiq"in qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb.

Digər oyun isə İtaliyada "İnter" və Portuqaliyanın "Portu" komandası arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

22 fevral

00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:1

Qollar: Yoşko Qvardiol, 70 - Riyad Mahrez, 27
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, "RB Arena"

00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:0

Qol: Romelu Lukaku, 86

Qırmızı vərəqə: Otavio, 78 ("Portu")

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Milan, "San Siro" stadionu

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə, Almaniya "Bavariya"sı Fransada PSJ-yə, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" klubuna 1:0, Portuqaliya "Benfika"sı Belçikada "Brügge"yə, İtaliya "Napoli"si Almaniyada "Ayntraxt"a 2:0, İspaniya "Real Madrid"i isə İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO