Şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirildi - FOTO

Şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirildi - FOTO

Hazırda oxunan: Şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirildi - FOTO
121370
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 18-19-da Gənclər və İdman Nazirliyi və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan Kubokunun I mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən mövsümün ilk ölkədaxili velosiped yarışının birinci günü idmançılar fərdi ötüşmə, ikinci günü isə qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 62 velosipedçinin iştirak etdiyi yarışın hər iki mərhələsi “Dreamland” Qolf Klubun yaxınlığında keçirilib.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar fərdi ötüşmə növündə 14 kilometr, qrup ötüşməsində 80 kilometr, yeniyetmə oğlanlar və qadınlar fərdi ötüşmə növündə 7 kilometr, qrup ötüşməsində isə 48 kilometr məsafə qət ediblər.

Nəticələrə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN), yeniyetmə oğlanlar arasında Ravi Rzayev (ROEQİUGVM), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM) bütün rəqiblərini qabaqlayaraq hər iki növ üzrə birinci yerə layiq görülüblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO