“Sumqayıt” yeni transferini açıqladı

“Sumqayıt” yeni transferini açıqladı

Hazırda oxunan: “Sumqayıt” yeni transferini açıqladı

116483

"Sumqayıt" daha bir futbolçunun keçidini rəsmiləşdirib.  

Bizim.Media xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq İsrail "Bney Yehuda"sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.  

28 yaşlı forvard "Sumqayıt"ın heyətində 9 nömrəli formanı geyinəcək.  

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın "Leqanes", "Alkorkon", "Valdivia", "Don Benito", "Algesiras", "Yeklano Deportivo" və İsrailin "Hapoel Akre" klublarının uğurları üçün çalışıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO