Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunda sonuncu finalçı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin son matçında "Barselona" "Betis"lə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada komandalar hərəyə bir dəfə növbəti dəfə fərqləniblər. Hesab 2:2 olduğuna görə qalib penaltilər seriyasında bilinib.Kataloniya təmsilçisi penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
"Barselona" finalda yanvarın 15-i "Valensiya"nı mübarizədən kənarlaşdıran "Real"la qarşılaşacaq.
12 yanvar
"Betis" - "Barselona" - 2:2 (penaltilər seriyası - 2:4)
Qollar: Levandovski, 40 (0:1), Fekir, 77 (1:1), Fati, 93 (1:2), Moron, 101 (2:2)
Bizim.Media
- A-
- A
- A+
İdman
09:54 / 13.01.2023
İspaniya Superkubokunda "El Klassiko" finalı
Hazırda oxunan: İspaniya Superkubokunda "El Klassiko" finalı
Hazırda oxunan: İspaniya Superkubokunda "El Klassiko" finalı
114503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.