Ronaldo DÇ-2026-da oynamaq istəyir

Ronaldo DÇ-2026-da oynamaq istəyir

Hazırda oxunan: Ronaldo DÇ-2026-da oynamaq istəyir

110734

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo yığma ilə birlikdə DÇ-2026-da da oynamaq istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 37 yaşlı forvard hələ millidəki karyerasını başa vurmağı düşünmür.  

Belə ki, Ronaldonun məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında mübarizə aparmaqdır. 

Qeyd olunur ki, Portuqaliyanın DÇ-2022-dəki uğursuzluğu Ronaldo üçün güclü zərbə olub. İndi onu çətin dövr gözləyir. Forvard bu nəticəni qəbul etməyə çalışır. Kriştiano üçün daha çətini Portuqaliyanın 1/4 finalda Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırmasından sonra Lionel Messinin çıxış etdiyi Argentinanın dünya çempionu olmasıdır.   

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində oynayır. Onun son klubu isə ötən ay ayrıldığı "Mançester Yunayted" olub. Ronaldo hazırda azad agent statusu daşıyır. Futbolçunun adı Səudiyyə Ərəbsitanının "Əl-Nəsr" klubu ilə hallanır.  
Əlavə edək ki, 2026-cı ilin dünya çempionatı ilk dəfə üç ölkədə (Kanada, Meksika və ABŞ) təşkil olunacaq. Həmçinin DÇ-2026-nın final mərhələsində ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Hazırda yarış iştirakçılarının sayı 32 komandadan ibarətdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO