“İspaniyanın mundialdan kənarda qalması şok olmadı” – Qurban Qurbanov 

“İspaniyanın mundialdan kənarda qalması şok olmadı” – Qurban Qurbanov 

Hazırda oxunan: “İspaniyanın mundialdan kənarda qalması şok olmadı” – Qurban Qurbanov 

108643

"İspaniya yığmasının mundialdan kənarda qalması şok olmadı. Futbol sürprizlərlə doludur". 

Bizim.Media-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniya millisinin Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə uduzaraq mübarizəni dayandırması barədə danışarkən deyib. 

Mütəxəssis bildirib ki, son vaxtlar ispan futbolu deyəndə ağıla ancaq ötürmələr gəlir:

"Hər bir fəlsəfəni həyata keçirə bilmək üçün bacarıqlı oyunçular olmalıdır. Bu gün İspaniya yığmasında 1-2 nəfəri çıxmaqla qalanları gənclərdir. Bu, Avropa və dünya çempionu olmuş komandadır. Sadəcə, həmin vaxt oyunçuları, oyun üslubları başqa idi. Bir komanda yaxşı ötürmə edə bilmirsə, heç bir vəzifəni yerinə yetirə bilməz. Hər bir oyunçu, hətta müdafiə olunan komanda belə, topla oynamağı bacarmırsa, istədiyi nəticəni əldə edə bilməyəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO