Dənizkənarı Milli Parkda daha bir intihara cəhd

Dənizkənarı Milli Parkda daha bir intihara cəhd

Hazırda oxunan: Dənizkənarı Milli Parkda daha bir intihara cəhd

97481
FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Dənizkənarı Milli Parkda daha bir nəfər intihara cəhd edib.xa0

Moderator.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
xa0
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
xa0
Qeyd edək ki, səhər saatlarında başqa bir vətəndaş da Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq intihara cəhd edib. Hadisə yerinə gələn xilasedicilər həmin şəxsi xilas ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO