Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Saatlı-Sabirabad magistralında qeydə alınıb.
Yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.




































































































