Moderator.az sabiq millət vəkili, yazıçı Xeyrəddin Qocanın Heydər Əliyevlə bağlı növbəti xatirə yazısını təqdim edir:
İstanbulda Baş konsul vəzifəsində işləyəndə açıq havada tələbələrlə görüş keçirirdik. Baş konsul kimi mənim çıxışımdan sonra bir neçə adam danışdı və yerdən səs gəldi: - Mənə də söz verin! -Bizdə demokratiyadır, buyurun,-dedim. Azərbaycandakı Musavat partiyasının üzvü olan Telman adlı cavan tələbə səhnəyə çıxdı. Mikrofonu götürən kimi dilləndi: - Heydər Əliyev hakimiyyətdən getməlidir! Ondan əvvəl İstanbulda konsulluqda təzə işə başlayanda bu sözü mənə Əbülfəz Elçibəyin kürəkəni Aqil demişdi. O, cavabını alıb getmişdi... Görünür, müxalifət nümayəndələri belə sözləri əzbərləmişdilər... Mikrofonu əlindən aldım, dedim, a bala, düş, çıx get!xa0
Bir-iki gündən sonra "Azadlıq" radiosunun verilişində dedilər ki, "Baş konsul mikrofonu musavatçının başına vurmaq istəyib!" Mən Mirzə Xəzərlə danışdım, izah etdim ki, bu böhtandır, mən o mədəniyyətin sahibi deyiləm! Mirzə Xəzər də dedi ki, çıxışınızı səsli yazın, göndərin.Yazıb göndərdim, çıxışımda da qeyd etdim ki, "yaxşıdır, mikrofonu başına vurmamışam!". Yeri gəlmişkən, soruşmaq istəyirəm, heç görmüsünüz ki, başqa bir ölkənin vətəndaşı Azərbaycana gəlib öz prezidenti, dövləti haqqında tənqidi fikir söyləsin? Bəs, bizimkilər niyə belədirlər?”
Hazırladı: Vasif Əlihüseyn
































































































